Şahzadə yol qəzasına düşüb, həyat yoldaşı ölüb

Gündəm 18 İyun 2018 01:58 Oxunub 749
Şahzadə yol qəzasına düşüb, həyat yoldaşı ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ər və arvadın olduğu avtomobil qarşıdan gələn maşınla toqquşub

Kamboca şahzadəsi Norodom Ranaritin 74 yaşlı həyat yoldaşı Ouk Phall krallığın cənub-qərbində yol qəzası nəticəsində aldığı xəsarətlərdən xəstəxanada keçinib. Kamboca şahzadəsi Norodom Ranarit və həyat yoldaşının avtomobili iyunun 17-si səhər qarşıdan gələn maşınla toqquşub. Qəzadan sonra ər və arvad xəstəxanaya yerləşdirilib.

 

***12:27

 

Kamboca şahzadəsi Norodom Ranarit və onun həyat yoldaşı Ouk Phalla bazar günü ölkənin cənub-qərb hissəsində yol qəzasına düşərək xəsarət alıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Yerli polisin məlumatına görə, ər və arvadın avtomobili qarşıdan gələn maşınla toqquşub. Şahzadə və həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Norodom Ranarit ayaq və başından yüngül, həyat yoldaşı isə ciddi xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh