Avtobus izdihama çırpıldı: 1 ölü, 3 yaralı

Gündəm 18 İyun 2018 10:23 Oxunub 839
Avtobus izdihama çırpıldı: 1 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsidentin terrorla əlaqəli olub olmadığı hələ ki bildirilmir

Niderlandda avtobus sürücüsü idarə etdiyi maşını kütlənin üzərinə sürüb. Oxu.az “Reuters”ə istinadən xəbər verir ki, bu haqda yerli polis idarəsi məlumat yayıb. Məlumata görə, Limburq əyalətində avtobusun piyada yoluna çıxması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. İnsident “PinkPop” rok festivalının keçirildiyi məkanda baş verib. Cinayətkar hadisəni törətdikdən sonra ərazidən qaçıb. Hazırda onun axtarışları həyata keçirilir. İnsidentin terrorla əlaqəli olub olmadığı hələ ki bildirilmir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh