Sürücülərin nəzərinə: bu küçələr 2 gün bağlı olacaq

Avtoxəbər 18 İyun 2018 17:43 Oxunub 2157
Sürücülərin nəzərinə: bu küçələr 2 gün bağlı olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Sürücülərdən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər"

26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçiriləcək hərbi parada hazırlıq məqsədilə 24 iyundan etibarən təlim məşqləri başlayacaq. Təlimlər paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanında keçiriləcək.  Bu barədə Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Belə ki, Azadlıq meydanı istiqamətində Neftçilər prospektilə avtomobillərin hərəkəti Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətində müəyyənləşdirilib. "Əhalidən və avtomobil sürücülərindən xahiş olunur ki, bunları nəzərə alaraq yollarda sıxlıq, tıxac yaranmaması, qəzaların baş verməməsi üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər və ya bu istiqamət üzrə şəxsi avtomobillərdən istifadə etməsinlər."

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh