Gürcüstandan Azərbaycana gələn maşınların SAYI açıqlandı

Avtobazar 19 İyun 2018 12:06 Oxunub 2226
Gürcüstandan Azərbaycana gələn maşınların SAYI açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gürcüstandan Azərbaycana 14 mln. 406,5 dollar dəyərində 556 ədəd avtomobil idxal olunub

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 2 786 ədəd avtomobil idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 54 mln. 099 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,7 dəfə çox olub.

Ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 dollar dəyərində 556 ədəd avtomobil idxal olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh