Motosiklet qaçıran şəxs saxlanılıb - Bakıda

Gündəm 19 İyun 2018 12:53 Oxunub 695
Motosiklet qaçıran şəxs saxlanılıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda motosiklet qaçıran şəxs saxlanılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib. Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.

Polis Bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Həsənbəyli olduğu, həmin gecə Q.Şərq küçəsindəki evlərin birinin qarşısından Z.Quliyevə məxsus velosipedi oğurladığı da müəyyən edilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh