Bakıda dindar biznesmenlərin qanlı davası - Dəhşətli görüntülər anbaan kameraya düşdü

Gündəm 19 İyun 2018 21:35 Oxunub 3572
Bakıda dindar biznesmenlərin qanlı davası - Dəhşətli görüntülər anbaan kameraya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri görülür.

Bakıda dindar biznesmenlər arasında qanlı dava olub. Dava bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində baş verib və İran vətəndaşı bıçaqlanıb. Avtosfer.Az xəbər verir ki, hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olan şəxslərdir. Onların mübahisəsi ilə qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınında bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirir.

Nərimanov rayon Polis İdarəsindən Criminal.az saytına verilən məlumata görə, dava plastik ətriyyat qabları istehsal edən sexin qarşısında baş verib. Dava edənləri sakitləşdirmək istəyən iranlıya bıçaq xəsarəti yetirilib. Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh