Dəmir arakəsmə maşının önündən girib arxasından çıxdı - Dəhşətli FOTOLAR

Avtosfer Foto 20 İyun 2018 01:29 Oxunub 7562
Dəmir arakəsmə maşının önündən girib arxasından çıxdı - Dəhşətli FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
''Mercedes'' markalı avtomobil dəmir arakəsməyə çırpılıb

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, Ekologiya postunun yaxınlığında ''Mercedes'' markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Dəmir avtomobilin qabaq hissəsindən salona girib arxa şüşədən çıxıb. Paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı "Mercedes" markalı avtomobillə arakəsmə dəmirə çırpılıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb.

Qeyd edək ki, ölən sərnişin M.Cəfərovun həyat yoldaşı olub. 

Qəza yerindən fotoları təqdim edirik: 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh