Bakıda QƏZA: "Porsche" "London Taxi" ilə toqquşdu - VİDEO-FOTO

Avtosfer Foto 20 İyun 2018 10:20 Oxunub 2383
Bakıda QƏZA: "Porsche" "London Taxi" ilə toqquşdu - VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub

Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın  xəbərinə görə, avtoqəza Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. Yol qəzasında "Porsche" markalı minik maşını ilə "Geely" markalı taksi avtomobili toqquşub. Məlumata görə, "Porsche" Füzuli küçəsi ilə eyni adlı meydan istiqamətində hərəkət edirmiş. "London Taxi" avtomobili isə S.Vurğun küçəsi ilə gələn zaman yol ayırıcısında onun qarşısına çıxıb. Toqquşmadan sonra avtomobillər beton arakəsmələrə də dəyib. Nəqliyyat vasitələrinə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisənin səbəblərinə gəlincə, sürücülər bunu S.Vurğun küçəsini Füzuli küçəsi ilə ayıran işıqforun işləməməsi ilə əlaqələndirib.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır. 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh