Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Yol polisi 20 İyun 2018 11:03 Oxunub 1199
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır

İyunun 18-də Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.

Polis bölməsində aparılan araşdırmalarla onun Bakı şəhər sakini Müşfiq Həsənbəyli olduğu, həmin gecə Q.Şərq küçəsindəki evlərin birinin qarşısından Z.Quliyevə məxsus velosipedi oğurladığı da müəyyənləşib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh