Avtomobil idxalını 3 dəfə artırıb

Avtoxəbər 20 İyun 2018 15:19 Oxunub 1320
Avtomobil idxalını 3 dəfə artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ilin yanvar-may aylarında

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 7 294 ədəd avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 637 ədəd və yaxud 2,75 dəfə çoxdur. Ölkəyə gətirilən avtomobillərin 37 ədədi və yaxud 0,51%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi və yaxud 88,62%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi və yaxud 10,12%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi, yaxud 0,69%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. Ötən ilin ilk 5 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 1 ədəd və yaxud 2,78% artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,89 dəfə və yaxud 4 224 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 396 ədəd və yaxud 2,14 dəfə artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 16 ədəd və yaxud 47,06% artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh