Dəhşətli QƏZA: Bakıya giriş BAĞLANDI - FOTO

Qəzalar 20 İyun 2018 21:21 Oxunub 1334
Dəhşətli QƏZA: Bakıya giriş BAĞLANDI - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yol qəzası baş verib.

Avtosfer.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

 

Bakı-Ələt Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağsement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

 

Hadisə nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

 

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh