Zaqatala sakini barama təmizləyən qurğu düzəldib - Günə 1 ton - VİDEO

Maraqlı 20 İyun 2018 22:20 Oxunub 2720
Zaqatala sakini barama təmizləyən qurğu düzəldib - Günə 1 ton - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi qurğu vasitəsilə bir gündə 1 ton barama təmizləyir

Zaqatalanın Aşağı Tala kənd sakini Elmar Qardaşov daha sürətli iş görməyin yolunu tapıb. Avtosfer.az-ın məlumatına görə, onun düzəltdiyi qurğuda qayış vasitəsilə 6 çarx hərəkət etdirilir. Çarxların hərəkəti nəticəsində barama təmizlənir. Bu yolla gün ərzində 1 ton baramanı təmizləmək mümkün olur. Barama qısa müddətdə təmizlənməsə, kəpənək çıxardır və məhsul məhv olur. Artıq qurğuya tələbat da var. Ətraf kəndlərin sakinləri də bu qurğudan istifadə etməklə işlərini sürətləndirirlər. Bu il Qax rayon damazlıq ipəkçilik stansiyasından Zaqatala rayonuna 988 qutu ipəkqurdu toxumu verilib ki, bu da ümumilikdə 300 kümçüyə paylanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh