Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu

Qaydalar 21 İyun 2018 00:26 Oxunub 2039
Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü xəstəxanada, həyat yoldaşı və 4 aylıq qızı isə hadisə yerində ölüb

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib. Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh