Bərə qəzaya uğradı: İtkin düşənlərin sayı 192-yə çatıb

Qəzalar 21 İyun 2018 11:50 Oxunub 729
Bərə qəzaya uğradı: İtkin düşənlərin sayı 192-yə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya uğrayan bərənin sərnişinlərinin dəqiq sayı hələdə məlum deyil

İndoneziyanın Sumatra adasında Toba gölündə bərənin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb. Trend-in məlumatına görə, bu barədə İndoneziyanın Milli Axtarış-Xilasetmə Xidməti (Basarnas) bildirib. Daha əvvəl 180 nəfərin itkin düşdüyü və 18 nəfərin xilas edildiyi bildirilirdi. Məlumata əsasən, ailələrin ərizələrinin əsasənda itkin düşənlərin sayı 192-yə çatıb. Bildirilir ki, qəzaya uğrayan bərənin sərnişinlərinin dəqiq sayı hələdə məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh