Yol polisi rəisin maşını ilə "protiv" getdi: CƏZALANDIRILDI - VIDEO

Yol polisi 21 İyun 2018 11:59 Oxunub 4089
Yol polisi rəisin maşını ilə "protiv" getdi: CƏZALANDIRILDI - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin əməkdaş cəzalandırılaraq avtomobildən düşürülüb və piyada xidmətə cəlb olunub

Sosial şəbəkələrdə 99 YP 250 dövlət nömrə nişanlı, YPX avtomobili Gülüstan sarayı yaxınlığında yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin video DYP rəhbərliyi tərəfindən araşdırılıb və avtomobili idarə edən inspektor barəsində tədbir görülüb. Bu barədə Avtosfer.az portalına Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev məlumat verib. Bildirib ki, videogörüntü yayıldıqdan dərhal sonra araşdırma aparılıb. Həmin vaxt avtomobili idarə edən inspektor, polis serjantı Fuad Qasımov barəsində İXM-yə uyğun olaraq 100 manat 4 bal məbləğində cərimə tətbiq edilib.

Eyni zamanda kobud qayda pozuntusuna yol verdiyi üçün həmin əməkdaş cəzalandırılaraq avtomobildən düşürülüb və piyada xidmətə cəlb olunub. 

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh