Zərdabda yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Qəzalar 21 İyun 2018 20:10 Oxunub 1058
Zərdabda yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərdab rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Daewoo Nexia"nın sürücüsü hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər. 

 

Ölən şəxsin Ağdaş rayon sakini olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh