Türkiyə ilk “F-35” qırıcılarını qəbul etdi - VİDEO

Avtosfer TV 21 İyun 2018 23:10 Oxunub 1665
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkiyə ilk iki beşinci nəsil "F-35" qırıcısını əldə edib.

Avtosfer.az oxu.az-a istinadən bildirir ki,bu haqda "Sabah" qəzeti məlumat yayıb.

 

Qırıcıların təhvil-təslimi üzrə rəsmi mərasim ABŞ-ın Texas ştatının Fort-Uert şəhərində keçirilib.

 

Mərasimin başa çatmasından sonra həmin iki qırıcı Arizona ştatında yerləşən Lük hərbi hava qüvvələri bazasına göndərilib.  Bazada türkiyəli pilotların yeni qırıcıdan istifadə qaydaları ilə bağlı geniş təlim kursu keçəcəyi bildirilir.

 

Ankaranın ABŞ-dan 100-dən çox "F-35" qırıcısı alacağı gözlənilir.

 

Təyyarələrin təhvil-təslim mərasiminin videosunu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh