Musiqiçilər qəzaya düşdü - YARALILAR VAR

Qəzalar 21 İyun 2018 23:26 Oxunub 1005
Musiqiçilər qəzaya düşdü - YARALILAR VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Avtosfer.az-ın apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh