Sürücülərin diqqətinə: “Azpetrol”un 4 manatlıq fırıldağı? - FOTOLAR

Xəbərlər 22 İyun 2018 10:21 Oxunub 2441
Sürücülərin diqqətinə: “Azpetrol”un 4 manatlıq fırıldağı? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məbləği ödəsə də benzindən əsər əlamət olmayıb

Son iki gündə sürücülərin telefonuna “Azpetrol” adından mesaj daxil olub. Bildirilir ki, şirkətin 20 illik yubileyi münasibəti ilə 1000 litr benzin kuponu hədiyyə olunur. Linkə daxil olduqdan sonra bir neçə keçid verilir. Daha sonra isə loteriyada iştirak üçün 4 Azn ödənilməsi tələb olunur. Sürücülərdən bir çoxu bu məbləği ödəsə də benzindən əsər əlamət olmayıb. 

Bunun həqiqətən də “Azpetrol” tərəfindən göndərilib, göndərilməməsi bəlli deyil. Şirkətin adından da istifadə edə bilərlər. Amma hər halda vətəndaşlar diqqətli olsunlar.

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Camal Zeynalov 22 İyun 2018 12:38
Hörmətli sosial şəbəkə izləyiciləri!Dünən http:atbmarket-ua.info saytında bir neçə şirkətlə bərabər, “Azpetrol” şirkətinin 20 illik yubileyi münasibətilə alıcılara 1000 litr Aİ-95 markalı benzin hədiyyə ediləcəyi barədə reklam xarakterli yazı dərc edilib. “Azpetrol” şirkəti olaraq nəzərinizə çatdırırıq ki, bu bir SPAM-dır və həqiqəti əks etdirmir. “Azpetrol” heç bir sayta, heç bir sosial şəbəkəyə belə bir məlumat verməyib. Onu da bildiririk ki, “Azpetrol” şirkətinin 20 illik yubileyi 2017-ci ildə qeyd olunub.