Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Qəzalar 22 İyun 2018 09:34 Oxunub 915
Ötən gün yol qəzalarında 3 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 İyun ayının 21-dən 22-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh