Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib

Gündəm 22 İyun 2018 16:09 Oxunub 760
Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbirdə qurum təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər

Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpü bərpa edilərək yenidən istifadəyə verilib.  "Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin, Avtomobil Yolları Dövlət Agentliyinin (AYDAA) təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  Xatırladaq ki, bu ilin iyunun 2-də rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Həmçinin Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub və çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq tamamilə yararsız hala düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh