62 ədəd çətənə kolu aşkarlanıb - Neftçalada

Gündəm 22 İyun 2018 16:11 Oxunub 784
62 ədəd çətənə kolu aşkarlanıb - Neftçalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Neftçalada narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat keçirilib. DİN mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Neftçala rayonu Qədimkənd sakini Zöhrab Hüseynov saxlanılıb.

RPŞ əməkdaşları tərəfindən Qədimkənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh