Avtomobil motosikletlə toqquşdu: xəsarət alanlar var - Kürdəmirdə

Qəzalar 22 İyun 2018 16:26 Oxunub 706
Avtomobil motosikletlə toqquşdu: xəsarət alanlar var - Kürdəmirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda yol qəzası baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Babək prospektində qeydə alınıb. Belə ki, "Hyundai" markalı minik avtomobili ilə "Muravey" markalı motosikletlə toqquşub. Nəticədə motosikletdə olan Kürdəmir rayonunun Aran qəsəbəsinin sakinləri - sürücü, 1961-ci il təvəllüdlü Qardaşəli Əbülfəz oğlu Rüstəmov və sərnişini, 1959-cu il təvəllüdlü Şakir Əlmusa oğlu Zərbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh