Kafedə içib küçədə dalaşdılar: yol polisi ayırdı - VIDEO

Avtosfer TV 22 İyun 2018 16:37 Oxunub 1885
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin şəxslər polis bölməsinə aparılıb

Bu gün Azxeber.com saytı məlumat yayaraq bildirib ki, DYP əməkdaşları ilə sürücü arasında əlbəyaxa davanın əks olunduğu yeni görüntülər ortaya çıxıb. Video-görüntü Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində lentə alınıb. Görüntülərdə guya DYP əməkdaşları sürücünü tutaraq ona zor tədbiq edirlər. Yol polisinin əməkdaşları sürücünün üst geyimindən tutaraq zorla maşına mindirməyə çalışsalar da, sürücü onlardan yaxa qurtarmağa çalışıb.

Maraqlı olan bir digər məqam isə görüntüləri lentə alan şəxsin Bakıya gələn xarici turistlərdən biri olmasıdır. Çəkiliş zamanı o "bu vəhşilikdir və bunu hər kəs görməlidir" deyə öz fikrini bildirir.

Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, hadisə heç də deyildiyi kimi baş verməyib. Yayılan video Təhlükəsizlik şəhər kameraları vasitəsilə araşdırılıb, görüntülərdən məlum olub ki, yaxınlıqdakı kafedən çıxan 3 nəfər sərxoş şəxs səkidə dayanaraq mübahisə ediblər. Mübahisə davaya çevrilib və yaxınlıqdakı YPX əməkdaşı onları ayırmağa çalışıb. Daha sonra hadisə yerinə digər YPX əməkdaşı gəlib və Post patrul xidməti çağırıb. PPX əməkdaşları bir neçə dəqiqə sonra hadisə yerinə gələrək həmin şəxsləri aparib.

DYP KİV nümayəndələrindən xahiş edir ki, bu cür məlumatları dəqiqləşdirmədən yazmasınlar.

Həmin görüntüləri təqdim edirik:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh