Sərnişin avtobusuna bıçaqla hücum edildi – 8 yaralı  

Gündəm 22 İyun 2018 16:50 Oxunub 943
Sərnişin avtobusuna bıçaqla hücum edildi – 8 yaralı   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda nisbətən ağır xəsarət alan 8 nəfər xəstəxanalara yerləşdirilib

Çinin Şensi əyalətindəki Sian şəhərində bir nəfər sərnişin avtobusuna və ətrafdakı insanlara bıçaqla hücum edib. Yerli polisin məlumatına əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb.

 

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, insident yerli vaxtla saat 15:48-də qeydə alınıb. Konduktorun sözlərinə görə, sərnişinlərdən biri çantasından mətbəx bıçağı çıxararaq digər sərnişinlərə, sonra isə avtobusdan düşərək ətrafdakı insanlara hücum edib.

Hazırda nisbətən ağır xəsarət alan 8 nəfər xəstəxanalara yerləşdirilib. Hüquq mühafizə orqanlarının əməkdaşları şübhəlini saxlamağa müvəffəq olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh