Bakıda təcili yardım həkimi xəstəni döymək istədi - VİDEO

Xəbərlər 22 İyun 2018 23:30 Oxunub 1891
Bakıda təcili yardım həkimi xəstəni döymək istədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Adətən təcili yardıma gedən həkimlərin xəstələr və onların yaxınları tərəfindən təziqə məruz qalmaları hətta döyülmə xəbərlərini sizə təqdim edirik.

Bu dəfə isə əksinə olub. Xəstə iddia edir ki, həkim çağırışa gec gəldiyi azmış kimi hətta ona əl qaldırmaq istəyib. Üstəlik heç bir tibbi yardım göstərmədən çıxıb gedib. Onların mübahisəsini əks etdirən videogörüntü də var. Əməkdaşlarımız qarşı tərəfin də mövqeyini öyrənməyə cəhd edib. Bu hərarətli mübahisə xəstə ilə ona yarıma gələn həkim arasında baş verib. Hadisə ötən gecə baş verib. Paytaxtın Nəsimi rayonu sakini Lalə Məmədova səhhəti pisləşdiyi üçün təcili yardım çağırdığını deyir.Amma təcili yardım gec gəlib elə mübahisə dəonun həkimlərə bununla bağlı iradından sonra baş verib.

Avtosfer.az-ın məlumatına görə, Lalə Məmmədova deyir ki, həkim ona hətta hücum edib. Amma tibb bacısı ona mane olub. Təcili yardım qrupu xəsətəyə yardım göstərmədən ünvanı tərk edib.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün Nəsimi rayonu Asif Məhərrəmov 72 ünvanındaki Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına baş çəkdik lakin, pasientın evinə gedən həkimigecə növbəsində çalışdığı üçün tapa bilmədik. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isəbildirib ki, hazırda məsələ hüquq mühafizə oqranları tərəfindən araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh