Göyçayda selin dağıtdığı körpü istifadəyə verildi - VİDEO

Gündəm 22 İyun 2018 23:59 Oxunub 811
Göyçayda selin dağıtdığı körpü istifadəyə verildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göyçayda 20 gün əvvəl sel sularının uçurduğu körpü təmir olunaraq istifadəyə verilib.

Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılsa da, təmir-bərpa işləri davam etdiriləcək.

 

Avtosfer.az xəbər verir ki, Göyçay çayı üzərindəki körpü təmir olunaraq istifadəyə verildi.

 

İyunun 2-də güclü sel nəticəsində dağılan körpünün yanaşma yolunun bərpası ilə bağlı işlər başa çatdırılıb. Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər şəxsləri və Göyçay rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib. Qeyd edilib ki, körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açılsa da, orada təmir-bərpa işləri hələ davam etdiriləcək.

 

Bu işlərin də qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

 

Körpünün istifadəyə verilməsi ilə Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi yenidən bərpa edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh