Bakıda məşhur klinikada İNANILMAZ HADİSƏ - FOTO

Gündəm 23 İyun 2018 01:06 Oxunub 1348
Bakıda məşhur klinikada İNANILMAZ HADİSƏ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Klinikanın baş həkimi isə valideynlərə bildirib ki, həkimin səhlənkarlığına cavabdeh deyil

Bakının məhşur klinikasında cərrah əməliyyat etdiyi uçağın boğazında yad əşya qoyub.

Avtosfer.Az xəbər verir ki, şikayətçi Günel Əzəzzadə criminal.az saytına bildirib ki, bacısının 2 yaşlı oğlu Amin Ələkbərzadə 14 gün əvvəl ''Lanset'' klinikasında cərrah Elşən Hacıyev tərəfindən boğazından əməliyyat olunub.

Bir neçə gün sonra uşağın halı pisləşib. Valideynləri həmin E.Hacıyevə uşağın vəziyyəti ilə bağlı məlumat versələr də, o bunun təbii hal olduğunu bildirib. Bu gün uşağın vəziyyəti daha da pisləşib. Uşağın boğulduğunu görən valideynləri onun boğazından tampon çıxarıblar.

 

Klinikanın baş həkimi isə valideynlərə bildirib ki, həkimin səhlənkarlığına cavabdeh deyil. Əlavə edib ki, cərrah E.Hacıyev ''Lanset'' klinikasında müqavilə ilə işləyir və buna görə haqq ödəyir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh