Qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO

Maraqlı 23 İyun 2018 10:45 Oxunub 1623
Qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib

Livan şəhərlərindən birində turist cəlb etmək məqsədi ilə gənc polis qızlara cəlbedici uniforma geyindirilib. “Report” xəbər verir ki, Brumman şəhərinin gənc asayiş keşikçiləri qısa mini şort, mayka və qırmızı beretdə xidmət edirlər. Bu aksiya şəhər meri tərəfindən düşünülüb. Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib. "Aralıq dənizi regionuna gələn turistlərin 99 faizi şortda gəzir. Biz Qərbdə Livan haqqında olan pis təsəvvürü dəyişmək istəyirik", - deyə mer Pyer Aşkar bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh