Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada ölüb

Gündəm 23 İyun 2018 09:55 Oxunub 823
Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölüm hadisəsi gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib

Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada dünyasını dəyişib. "Report"un xəbərinə görə, ölüm hadisəsi gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Xəstəxananın reanimasiya şöbəsində yatan 1957-ci il təvəllüdlü Əliyev Şahbaba Əlibaba oğlunun vəziyyəti ağırlaşıb. O, həkimlərin səyinə baxmayaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisə iyunun 18-də DSK yolunda baş verib. Ş.Əliyev yolu keçərkən onu "KİA Optima" markalı avtomobil vurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh