"Avtoş"luq etdiyi üçün saxlanıldı, başqa problem də üzə çıxdı - FOTO

Gündəm 23 İyun 2018 09:58 Oxunub 973
"Avtoş"luq etdiyi üçün saxlanıldı, başqa problem də üzə çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtoxuliqanlığa görə saxlanılan şəxsin sürücülük vəsiqəsinin olmadığı məlum olub

Zaqatala rayonunda avtoxuliqanlıq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən “VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib. Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu saxlamaq mümkün olub. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyən edilib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 sutkalıq həbs cəzası verilib. Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh