Yolda şütüyən “BMP” avtomobili xurd-xəşil etdi - VİDEO

Avtosfer TV 23 İyun 2018 12:04 Oxunub 1727
Yolda şütüyən “BMP” avtomobili xurd-xəşil etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbədən sürücünün oturacağı uzanma vəziyyəti alıb və həmin şəxs yaralanıb

Belarusun Qrodno şəhəri yaxınlığında piyada döyüş maşını (“BMP”)  içində sürücünün olduğu minik avtomobilini əzib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda “AvtoQrodno” məlumat yuyub. Məlumata görə, hərbi texnikadan ibarət mütəşəkkil dəstə şəhər istiqamətində irəliləyib. Döngədə “BMP”lərdən birinin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb. Hərbi texnika minik avtomobilinin qismən üzərinə çıxıb və kuzovun deformasiyası nəticəsində sürücü çıxılmaz vəziyyətdə qalıb. Zərbədən sürücünün oturacağı uzanma vəziyyəti alıb və həmin şəxs yaralanıb.  Xəstəxanaya çatdırılan sürücünün xəsarətlərinin həyati təhlükəli olmadığı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh