Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar - Bakıda

Gündəm 23 İyun 2018 15:05 Oxunub 742
Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən pul, kosmetik əşyalar və yan güzgüləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Rəsulova məxsus “VAZ-2107” markalı avtomobildən 349 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Əsədov saxlanılıb.

Qeyd edilən faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh