Saxta dollar dəyişən şəxs tutulub – Bakıda

Gündəm 23 İyun 2018 15:15 Oxunub 829
Saxta dollar dəyişən şəxs tutulub – Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib

Bakıda saxta dollar dəyişən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 22-də Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olan həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gediblər.   əyyən edilib ki, banka gələn naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib. Həmin şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil verilib. Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh