Evdən silah-sursat və narkotik götürülüb

Gündəm 23 İyun 2018 15:11 Oxunub 760
Evdən silah-sursat və narkotik götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı RPŞ-də araşdırma aparılır

Xızı sakininin evindən silah-sursat və narkotik aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb. Maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh