Tanınmış psixoloqdan sürücülərə çağırış – Bu hallarda maşın sürməyin - VİDEO

Yazarlar 23 İyun 2018 15:10 Oxunub 1717
Tanınmış psixoloqdan sürücülərə çağırış – Bu hallarda maşın sürməyin - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elnur Rüstəmov: “Kobud qayda pozan sürücüləri psixoloq yanına göndərmək lazımdır”

Tanınmış psixoloq Elnur Rüstəmov Avtosfer.az-a müsahibəsində yol hərəkəti qaydalarına əməl etməyin vacibliyindən, yol-nəqliyyat hadisələrinin baş verməsində psixoloji amillərin rolundan danışıb. Bildirib ki, içkili, yorğun, xəstə və anlaqsız halda olan insanlar sükan arxasında əyləşməsinlər. Sükan arxasında aqressiv olmaq təhlükə mənbəyidir.

Ümumiyyətlə, psixoloq tövsiyə edib ki, avtomobil idarə edərkən sürücülər sakit, təmkinli, səbrli olmalıdır. Ən kiçik xəta faciələrə səbəb ola bilər. Psixoloq bildirir ki, bir çox ölkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan, həmçinin işıqforun qırmızı işığından keçən, sürət həddini dəfələrlə aşan sürücülər yol polisi tərəfindən aşkar edildikdə məcburi psixoloji müayinə üçün göndərilir. Yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Psixoloq təklif edir ki, ölkəmizdə də bu qayda tətbiq etmək olar. Çünki yuxarıda sadalanan halları törədən sürücünün psixoloji yardıma ehtiyacı var.

Psixoloqun bu və ya digər məsələlərlə bağlı danışdığı məqamları təqdim edir.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh