Baki sakini öz maşınını qaçırdı - Bankdan

Avtodünya 24 İyun 2018 02:25 Oxunub 1844
Baki sakini öz maşınını qaçırdı - Bankdan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb

Bakıda öz maşınını qaçıran şəxs saxlanılıb. Avtosfer.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh