Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb

Yeniliklər 24 İyun 2018 11:17 Oxunub 1241
Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib

Bu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb. APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib. Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilən "Vision 2030" proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh