Ordumuz parada belə hazırlaşır: Zirehli texnika Bakı küçələrində - VİDEO

Avtosfer TV 25 İyun 2018 01:11 Oxunub 1810
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azadlıq meydanında keçiriləcək parada hazırlıq işləri tamamlanmaq üzrədir

Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında keçiləcək hərbi parada hazırlıq məqsədi ilə düzülüb. Ərazidə Azərbaycan Ordusunun paradda iştirak edəcək canlı qüvvəsi və hərbi texnikasınının yerləşdirilməsi üçün rəngləmə və xətləmə işləri aparılıb. Parad və iştirakçılar barədə plakatlar asılıb.Bu gün səhər saatlarında isə parada hazırlıq məqsədilə həm silahlıqüvvələrin texnikalarının məşqləri keçirilib, həm də Hərbi Hava Qüvvələrinin aviasiya vasitələriBakı buxtası üzrərində uçuşlar həyata keçiriblər.

Keçiriləcək hərbi paradda bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələri iştirak edəcək.Artıq onlar Bakıya gəliblər.

Bu arada Müdafiə Nazirliyi azərbaycan ordusunun 100 illiyi ilə əlaqədar videosüjet hazırlayıb.

Sujetdə silahlı qüvvələrin aviasiya, artileriya, kəşfiyyat, hərbi dəniz qüvvələri, tibb və yeməkxana heyəti iştirak edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh