Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk - FOTO

Texnologiya 25 İyun 2018 11:04 Oxunub 1329
Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüklər artıq Qars stansiyasına çatdırılıb

Bu vaxta kimi konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunda ilk dəfə olaraq taxıl yük vaqonları ilə nəql edilib. Azərbaycan Dəmir Yolları QSC-dən Avtosfer.az-a verilən məlumata görə, “AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar (hopper) vasitəsilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər digər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra yolunu davam etdiriblər. 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh