18 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - Sabirabadda

Yeniliklər 25 İyun 2018 13:07 Oxunub 1138
18 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - Sabirabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir

Sabirabadda 26 mindən çox əhalinin yaşadığı və 18 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur. Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün payız-qış aylarında vətəndaşların gediş-gəlişində problemlər yaranırdı. Bu çətinliyin aradan qaldırılması üçün yol yenidən tikilib.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı töküntülərlə kipləşdirilib. İş icraçısı Dadaş Quliyev bildirib ki, uzunluğu 39 kilometr olan yolun eni 6 metr, yol çiyinlərinin eni hər iki tərəfdə 2 metrdir. Artıq digər işlər görülməklə yolun 21 kilometrlik hissəsinə birinci qat asfalt örtüyü vurulub. Yolun tikintisi Kürqırağı ərazilərdə yerləşən bu kəndlərin sosial inkişafına müsbət təsir göstərəcək. Yeni yol Sabirabad rayonu ilə Salyan rayonunu da birləşdirəcək, həmçinin Şirvan şəhərinə girişi asanlaşdıracaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh