Ərəbistandan olan qadın ölkə tarixində ilk dəfə "Formula 1" maşını ilə dövrə vurub

Yarışma 25 İyun 2018 14:54 Oxunub 1980
Ərəbistandan olan qadın ölkə tarixində ilk dəfə "Formula 1" maşını ilə dövrə vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz təkcə adi maşınları deyil, "Formula-1" maşınlarını da sürə bilərik"

Səudiyyə Ərəbistanından olan Asil əl-Həməd ilk dəfə "Formula-1" maşınını sürən qadın kimi ölkə tarixinə düşüb. "Report"un "Formula-1"in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Pul Rikard" trasında keçirilmiş Fransa Qran Prisi çərçivəsində Səudiyyə Ərəbistanı Avtomobil İdmanı Federasiyasının qadın təmsilçisi 2012-ci il versiyası olan "Lotus-Renault" maşınında bir dövrə vurub. Yürüşdən sonra əl-Həməd bildirib ki, qadınlar üçün mümkünsüz heç nə yoxdur: "Biz təkcə adi maşınları deyil, "Formula-1" maşınlarını da sürə bilərik".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyunun 24-dən başlayaraq qadınlara təkbaşına maşın sürməyə icazə verib. Bundan öndə ölkədə qadınlara sürücülük vəsiqəsi almağa izn verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh