DİQQƏT: Bakı-Sumqayıt yolu bağlanır - VİDEO

Avtosfer TV 25 İyun 2018 21:33 Oxunub 1942
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativyollardan istifadə etməlidir.

Avtosfer.az xəbər verir ki, sabah gecədən etibarən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.

 

Köhnə asfalt hissə qaşınıb.Yerində yeni asfalt-beton örtük vurlması üçün isə işlər görülür.

 

Söhbət Bakı-Sumqayıt yolundan gedir.

 

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə,həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq.Yola yeni asflat-beton örtük vurulacaq.

 

Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.

 

Sürücülərə isəBakı Dairəvi-1 - Lökbatan-Hocahəsən , Binəqədi şosesi - Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.

 

Anar Nəcəfli həmçinin onu da qeyd etdi ki,sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ''Vaz dairəsi'' adlanan hissəyə qədər yola yeni-asfalt beton örtükün vurulması nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh