Daxili Qoşunlarda əsgər və zabitlərlə görüş – FOTO

Yol polisi 27 İyun 2018 00:52 Oxunub 1109
Daxili Qoşunlarda əsgər və zabitlərlə görüş – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsgərlərə ordumuzun tarixindən danışıblar

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyini münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində əsgər və zabitlərlə görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb. Çıxış edən hərbi hissə komandiri, polkovnik Sahib Məmmədov bayram münasibəti ilə hərbi hissənin zabit, gizir və əsgər heyətini təbrik edib. Azərbaycan ordusunun yaradılmasından və respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışan S.MəmmədovVətənimizin əsgərlərimizin böyük vətənpərvər ruhla xidmət edtiyini bildirib. 

Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlardan danışaraq, ölkəmizdə Qafqazın ən qüdrətli ordusunun yaradıldığını bildirib. Məhz 2016-cı ilin aprel döyüşlərində qazandığımız qələbə və Naxçıvanda Günnüt qələbəmiz ordumuzun gücünün bariz nümunəsidir. 

Bütün zabit, gizir və əsgər heyətini təbrik edən İcra başçısı, onlara xidmətdə uğurlar arzulayıb. 

Daha sonra xidmətdə fərqlənən zabit, gizir və əsgərlərə müxtəlif hədiyyələr təqdim olunub. 

 

Nizam Həmidov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh