"07" piyada keçidində "ruçnoy" çəkdi: qəzadan son anda qurtuluş - VIDEO

Avtosfer TV 27 İyun 2018 11:13 Oxunub 2250
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yəqin ki, DYP əməkdaşları bu barədə ciddi ölçü götürərlər

Bakıda “Vaz 21 07” markalı avtomobilin sürücüsü şəhərin ortasında “ruçnoy” çəkir. Bu barədə Avtosfer.az-a daimi oxucumuz videomaterial göndərib. Görüntülər Gəncə prospektində (“Fəridə” şadlıq evinin yanı) qeydə alınıb. Belə ki, 10 DZ 259 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əvvəlcə sağdan ötmə edir. Digıər avtomobillər isə piyada keçidindən xanımın keçdiyi üçün dayanıblar. Özünü keçidə çatdıranda artıq xanımı vuracağını görüb “ruçnoy” çəkən sürücü təhlükə yaradır.

Qeyd edək ki, sürücünün hərəkətlərində açıq-aşkar avtoxuliqanlıq əlamətləri var. Sağdan ötmə və əl əlyəcindən istifadə, eyni zamanda piyadanı az qala vurması onu təhlükəli sürücü olduğunu sübut edir. Yəqin ki, DYP əməkdaşları bu barədə ciddi ölçü götürərlər.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh