Yol polisinin 60 manat, 3 ballıq qayda pozuntusu kameraya düşdü - VIDEO

Avtosfer TV 27 İyun 2018 11:51 Oxunub 3330
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX avtomobilinin sürücüsündən DYP rəhbərliyinə rəsmi şəkildə şikayət olunub

26.06.2018-ci il tarixində, saat 10:03-də Buzovna qəsəbəsi ərazisində (“Qala” marketin yanı) kobud qayda pozuntusuna yol verib. Bu barədə Avtosfer.az-a daimi oxucularımızdan biri məlumat göndərib. Oxucu bildirir ki, yüksərsürətli yola ara küçədən qəfildən çıxan 99 YP 310 dövlət nömrə nişanlı, YPX avtomobili qəza şəraiti yaradıb. İXM-nin 327.2-ci maddəsinin tələbini (yol ayrıcının keçmə qaydası) pozub. Görüntülərdə polis serjantının əlini pəncərədən çıxardaraq siqaret çəkə-çəkə yola çıxdığı görünür.

Qeyd edək ki, oxucumuz YPX avtomobilinin sürücüsündən DYP rəhbərliyinə rəsmi şəkildə şikayət göndərib.

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh