Ucar DYP sürücüyə yazılmış protokolu ləğv edəcəkmi? - ŞİKAYƏT

Xəbərlər 27 İyun 2018 12:00 Oxunub 3231
Ucar DYP sürücüyə yazılmış protokolu ləğv edəcəkmi? - ŞİKAYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəlil Xəlilovun şikayəti araşdırılır

Bir neçə gün öncə Avtosfer.az-a müraciət edən Göyçay rayon sakini Xəlil Xəlilov Ucar rayonu YPX əməkdaşı Fəqan Məmmədovun ona qanunsuz olaraq protokol yazdığından şikayət etmişdi. Sürücü bildirmişdi ki, YPX əməkdaşı ona "STOP" işarəsi olmadığı təqdirdə yol ayrıcında mütləq dayanmalı olduğunu bildirərək cərimə yazımışdı. X. Xəlilov protokoldan DYP rəhbərliyinə rəsmi şikayət etmişdi. Avtosfer.az-a yenidən müraciət edən şikayətçi onu Ucar DYP şöbəsinə dəvət etdiklərini bildirib. "Rəsmi şikayətimə DYP rəhbərliyindən cavab gəldi. Onlar məktubda bildirmişdilər ki, Ucar rayonu DYP şöbəsi məsələni araşdırsın. Məni dəvət etdilər getdim. Hadisəni olduğu kimi danışdım və izahat yazdım. Bildirlər ki, iş araşdırılacaq, kamera görüntülərinə baxılacaq və mənə yenidən məlumat veriləcək."

X. Xəlilov deyir ki, işi araşdırıan şəxs bildirib ki, protokol yalnız məkəməyə müraciət etsə ləğv edilə bilər. Şikayətçi isə protokolun səhv olduğunu bildiyi halda niyə DYP-nin onu ləğv etməməsindən narahatdır. "Belə çıxır ki, kiminsə səhvi ucbatından mən vaxtımı sərf edib məhkəməyə müraciət etməliyəm. Aylarla vaxtım getməlidir."

Qeyd edək ki, Avtosfer.az məsələni diqqətdə saxlayır və nəticə barədə məlumat veriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh