Təyyarə qəzasında 9 nəfər xəsarət alıb - FOTO

Qəzalar 11 May 2014 00:54 Oxunub 1797
Təyyarə qəzasında 9 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilotlar təyyarəni 45 dəqiqə ərzində şəhər üzərində dövrə vurduraraq yanacağını tamamilə boşaldıblar

İran hökuməti təyyarə qəzasında 9 nəfərin xəsarət aldığını açıqlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan bildirib. Onun sözlərinə görə, yaralılardan 7-si ambulator qaydada müayinə edilib, hamilə olan iki nəfər isə xəstəxanaya aparılıb.

Qeyd edək ki, mayın 10-da günorta saatlarında İranın Sistan və Bəluçistan vilayətində təyyarə qəzası baş verib. Belə ki, Məşhəd-Zahidan aviareysini həyata keçirən “Asiman” hava yolları şirkətinə məxsus “Fokker 100” sərnişin təyyarəsində texniki nasazlıq yaranıb. Məlumata görə, yerli vaxtla saat 12:00-da Zahidan beynəlxalq hava limanına enməli olan, içərisində 113 sərnişin və 5 ekipaj üzvü olan təyyarənin təkərlərindən biri açılmayıb. 

Nəticədə pilotlar təyyarəni 45 dəqiqə ərzində şəhər üzərində dövrə vurduraraq yanacağını tamamilə boşaldıblar. Pilotların ustalığı və görülən tədbirlər nəticəsində saat 13:10-da təyyarəni hava limanından kənardakı torpağa endirmək mümkün olub. Ancaq təyyarənin bir qanadı yerə çırpıldığından partlayış ehtimalı nəzərə alınaraq sərnişinlər dərhal evakuasiya olunub. Bu səbəbdən onlardan bəziləri xəsarət alıb. Eyni zamanda təyyarənin bir hissəsi də zərər görüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh