Qazaxıstanda istehsal olunan ilk yükdaşıyan lokomotiv Azərbaycana satılacaq

Yeniliklər 28 İyun 2018 11:31 Oxunub 1057
Qazaxıstanda istehsal olunan ilk yükdaşıyan lokomotiv Azərbaycana satılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın 2 il ərzində Azərbaycana 50 elektrovoz göndəriləcək, onlardan 10- sərnişin, 40-ı isə yükdaşıma üzrədir

Fransanın "Alstom" şirkətinin Qazaxıstanda istehsal etdiyi ilk yükdaşıyan lokomotiv Azərbaycana satılacaq.  "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə fransız şirkətinin Mərkəzi Asiya üzrə direktoru Bernard Pel bildirib.  "Biz "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlığa görə fəxr edirik. Bu, zavodumuzda yığılan ilk yükdaşıyan lokomotivdir", - o deyib.  Qeyd edək ki, yaxın 2 il ərzində Azərbaycana 50 elektrovoz göndəriləcək, onlardan 10- sərnişin, 40-ı isə yükdaşıma üzrədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh