Sürücülərə vacib xəbər – Bundan sonra elektron protokol belə tərtib olunacaq

Avtoxəbər 29 İyun 2018 14:14 Oxunub 1586
Sürücülərə vacib xəbər – Bundan sonra elektron protokol belə tərtib olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü buna görə məsuliyyətdən azad olunacaq

Bu gün Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edir. Dəyişikliklərin detallarını Avtosfer.az-a şərh edən hüquqşünas Ərşad Hüseynov bildirib ki, sürücü barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzələnir, yəni gələcəkdə sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa "elektron qərar" adlanacaq.

Həmin elektron qərar yalnız real vaxt rejimində (qayda pozulan kimi avtomatik) tərtib edilməlidir. Yəni indi bəzi hallarda yol verildiyi kimi, kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində (dərhal, on-line) tərtib edilməyən qərar etibarsiz və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad olunacaq.

Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq.

Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh